Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol üstündəki saatı təbiət "qucaqlayıb"... Baxımsızlığa tərk olunan "dekor" laqeydliyə təslim oldu
Yol üstündəki saatı təbiət "qucaqlayıb"... Baxımsızlığa tərk olunan "dekor" laqeydliyə təslim oldu

Bakı-Sumqayıt yolu üzərində - Binəqədi rayonu ərazisində üzü Avtovağzal metrostansiyası istiqamətinə gedən yolda çoxumuzun gözünün öyrəşdiyi qazon üzərindəki o iri dekor saat təbiətə "təslim olub".

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində Binəqədi rayonu ərazisində ciddi yaşıllaşdırma işləri aparılan zaman "Şamaxinka" adlanan ərazidə, qazon üzərində bu iri dekor saatı yerləşdirilmişdi. Həmin saat 2020-ci ilin əvvəllərinə kimi işləsə də, sonralar fəaliyyəti dayandı və bir müddət sonra da baxımsızlıqdan təbiətin mərhəmətinə tərk edildi. İndi həmin saatdan geriyə iki mil və bir də "IX" rəqəmi qalıb. Digər hissələr isə təbiətə və baxımsızlığa tərk olunub.

İnsan təbiətin ona bəxş etdiyinə sahib çıxmağı bacarmasa da, təbiət insanın geridə buraxdıqlarına bax. Beləcə sahib çıxmadığımızı hətta daha da gözəlləşdirməyi bacarır. İndi orada pas tutmuş, bərbad vəziyyətdə bir görüntü də olmuş ola bilərdi, amma təbiət buna imkan vermədi. Sözün "əsl" mənası ilə insan "ayıb"ını yenə təbiət örtdü.

Ümid edirik, 9 il öncə dövlət büdcəsi hesabına alınıb, əraziyə yerləşdirilən bu iri dekor saatın fəaliyyəti yaşıllığa zərər vurulmadan yenidən bərpa edilər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »