Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaz aylarında Günəşin təsirləri ilə hansı dəri problemləri və allergik xəstəliklər yaranır?
Yaz aylarında Günəşin təsirləri ilə hansı dəri problemləri və allergik xəstəliklər yaranır?

Günəşin daha çox göründüyü yaz aylarında bir çox dəri problemləri, xüsusən də allergik xəstəliklər özünü büruzə verir. Həll yolu günəşin zərərli təsirlərinə qarşı tədbir görməkdir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, soyuq havaların dəriyə mənfi təsir etdiyi danılmaz faktdır. Bəs əksi; İsti hava dəriyə necə təsir edir? Yaz ayları ilə birlikdə günəş işığının təsiri daha çox hiss olunmağa başlayır. Bu dəri üçün faydalı olduğu qədər də zərərlidir.

Günəş işığına nə qədər birbaşa məruz qalsa, onun zərərli təsirləri bir o qədər artır. Xüsusilə günəş yanıqları, quru dəri, allergik dəri xəstəlikləri və sızanaqlar kimi bir çox problem yaranır. Dəri xərçənginə tutulma riskini deməyək...

Bəs, yazda ən çox rast gəlinən dəri problemləri hansılardır? Qorunmaq mümkündürmü? Türk Dermatoloji Dərnəyi İdarə heyəti Üzvü Dos. Dr. Andaç Salmanla danışdıq.

Allergiya əsas dəri problemidir

Baharla birlikdə günlərin uzandığını və açıq havada daha çox vaxt keçirdiyimizi, günəş işığına daha çox məruz qaldığımızı ifadə edən dosent Salman ilk olaraq dəridə yaranan quruluğa diqqət çəkir: “Qış aylarında qızdırıcılar qapalı yerlərdə istifadə olunduğu üçün yazın ilk aylarında dərimiz quruyur. Ona görə də bu müddət ərzində nəmləndiricidən istifadə bunun üçün uyğun ola bilər”, - deyib.

Yaz aylarında ən çox rast gəlinən dəri problemlərindən biri şübhəsiz ki, allergiyadır. Salman: “Xüsusilə yaz aylarında atopik dermatit dediyimiz quruluğa bağlı ekzema alovlana bilər. Yenə polen, toz və ev tozu gənələri kimi allergenlərə həssas olan insanlarda bəzən dəri lezyonlarında artım müşahidə edilə bilər”, - deyə qeyd edib.

Dəri allergiyası risk qrupuna kimlər daxildir?

Allergik problemləri olan və ya ailəsində bu cür problemi olanlar dəri allergiyası riski daha yüksəkdir. Digər risk faktorları haqqında mütəxəssis: “Əgər ətraf mühitdə çoxlu allergenlərə məruz qalırıqsa, yəni çiçəklər və çiçək tozcuqları ilə zəngin bir mühitdə yaşayırıqsa, köhnə bir evdə yaşayırıqsa - bu kif və ya ev tozu gənələri ola bilər - bunlar da qıcıqlanmaya səbəb ola bilən allergik reaksiyalar ola bilər. Bundan əlavə, başqa bir dəri xəstəliyi olan və dəri bariyer funksiyasını pozan insanlar da var. Dəri baryeri zədələnirsə, allergenlər dəriyə daha asan nüfuz edir. Ona görə də onlar daha asan allergik reaksiya verə bilirlər”, - deyə bildirib.

Uşaqların və körpələrin dəri maneələri böyüklər qədər yetkin olmadığı üçün xarici allergenlərdən daha çox təsirlənə bilər. Dos. Salman peşə fəaliyyəti ilə bağlı allergenlərə məruz qalmaya da diqqət çəkib və belə davam edib: “Xüsusilə bu dövrlərdə çiçəklərdən ayrılan tozcuq və qoxu maddələrinə görə bağçada işləyən insanlarda allergik reaksiyalar yarana bilər”.

Dəri ləkələrinə qarşı günəş kremi tövsiyəsi

Dəridəki ləkələr başqa bir problemdir... Salman: “Günəşə məruz qalmanın artması ilə dəri tonunun qaralması və piqmentasiya pozğunluqları yarana bilər”, - deyərək, bunun qarşısını almaq üçün günəş kremindən istifadə etməyi tövsiyə edir.

Yaz aylarında həm tərləmənin, həm də yağlılığın artdığına da diqqət çəkən Dos. Dr. Salman: “Bu, tıxanmış məsamələrə və sızanaqlara səbəb ola bilər. Yenə temperaturun artması ilə tərləmənin artması mantar infeksiyalarının əmələ gəlməsi üçün ideal bir mühitə çevrilir. Xüsusilə ayaq göbələkləri və dəri göbələkləri rütubət, temperatur və tərləmə artdıqca daha tez-tez görülə bilər. Çox isti havalarda rastlaşdığımız başqa bir problemdir”, - deyib.

“Yazda özümüzü günəşdən qorumalıyıq”

Bəs bütün bu xoşagəlməz halların qarşısını almaq üçün necə hərəkət etməliyik?, sualına cavabında Andaç Salman: “Məlum bir həssaslığımız varsa, ondan qaçmalıyıq. Əgər deyilsə, qaşınma, qırmızı ləkələr, xüsusilə də açıq yerlərdə görünürsə, havadan alerjen və ya günəşlə əlaqəli bir dəri xəstəliyi hesab edilə bilər. Bunlar üçün mütləq bir dermatoloqa müraciət etməyi məsləhət görürük. Amma bunların artıb baş verməməsi üçün görüləcək tədbirlərə nəzər salsaq, ilk növbədə yaz aylarında artan günəşdən qorunmalıyıq. İkincisi, qışdan çıxdığımız üçün dərimiz quruduğu üçün nəmləndirici kremdən istifadəni qaçırmamalıyıq. Üçüncüsü, hər hansı məhsuldan istifadə ediriksə, mümkün qədər sadə tərkibli və qanuni prosedurlara uyğun istehsal olunanları seçməliyik”, - deyə bidirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »