Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AzTV sədrini öldürmək istəyənlərin məhkəməsi baş tutmadı
Təqsirləndirlənlərdən birinin səhhəti pisləşdiyi üçün məhkəməyə gəlməyib və orises təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirlənlərin cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb. Bu iş üzrə Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynova ittiham verilib. Bizimyol.info xəbər verir ki, cinayət işi işə hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın icraatındadır.

Təxirə düşmənin səbəbi kiimi bildirilib ki, təqsirləndirilənlərdən Qoçəli Cəbiyev dializ xəstəsidir və səhhəti pisləşdiyi üçün məhkəməyə gətirilməyib. Proses martın 2-ə təyin edilib.

İttihama görə, Şücaət Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirləndirilir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »