Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar iki gün davam edəcək
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar iki gün davam edəcək

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda danışıqlar iki gün davam edəcək".

Bizimyol.info xəbər verir ki, bu barə "Sputnik Qazaxıstan" məlumat verib.

Görüşün vaxtı barədə nazir Ceyhun Bayramov Ermənistan və Qazaxıstan Xarici İşlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

O, danışıqların Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib: “Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik”, - deyə Bayramov bildirib. O, həmçinin qeyd edib ki, son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır.

Onun sözlərinə görə, Bakıda bu prosesə xüsusi diqqət yetirilir. Bayramov əlavə edib ki, hazırda birgə səylərlə müvafiq ərazilər təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, yekunlaşıb.

Mayın 10-da Qazaxıstan naziri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »