Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boliviya Fələstinə göndərilən yardımın sərhəddən keçməsinə icazə verilməsini tələb edib
Boliviya Fələstinə göndərilən yardımın sərhəddən keçməsinə icazə verilməsini tələb edib

Boliviya Qəzza zolağına 90 ton humanitar yardım göndərib və ehtiyacı olanlara çatdırılmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat verib.

"Boliviya adından dəniz yolu ilə göndərilən 90 ton humanitar yardım Fələstin hökuməti tərəfindən humanitar yardım almaq üçün rəsmi icazə verilən Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil verilib", - deyə Xarici İşlər Nazirliyi rəhbəri Selinda Sosanın sözlərinə isnadən bildirib.

Nazir həmçinin yükün hələ də Rəfah keçid məntəqəsində olmasından narahat olduqlarını qeyd edib: “Biz bir daha İsrailin Qəzza zolağında humanitar əməliyyatların qarşısını almaq üçün həyata keçirdiyi sistematik blokadaya diqqət çəkirik. Fələstin xalqına humanitar yardımın çatdırılmasına mane olmaq insan haqlarının çox ciddi şəkildə pozulmasıdır və münaqişə zonasında əhalinin vəziyyətini pisləşdirir”, - deyə Sosa bildirib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Boliviya Qəzza zolağına ərzaq, su və dərman göndərib. Bu, Cənubi Amerika ölkəsinin göndərdiyi ikinci yardım partiyasıdır. 2023-cü ilin oktyabrında Boliviya Qəzza zolağındakı əməliyyata görə İsraillə diplomatik əlaqələri kəsib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »