Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Baydenlə bütün fikir ayrılıqlarını həll edəcəyinə ümid edir
Netanyahu Baydenlə bütün fikir ayrılıqlarını həll edəcəyinə ümid edir

Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı əməliyyat başlanacağı təqdirdə Vaşinqtonun İsrailə silah tədarükünü dayandıracağına dair açıq xəbərdarlığından sonra ABŞ prezidenti Co Baydenlə bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Amerikanın "Merit Street Media" telekanalına müsahibəsində deyib.

“Mən Co Baydeni uzun illərdir, 40 və ya daha çox ildir ki, tanıyıram. Ümid edirəm ki, indi onların öhdəsindən gələcəyik”, - deyə baş nazir qeyd edib.

“Ölkəmizi qorumaq üçün əlimizdən gələni edəcəyik və bu, gələcəyimizi qorumaq deməkdir”, - deyə Netanyahu Rəfah şəhərindəki aksiyalardan danışarkən əlavə olaraq bildirib.

ABŞ prezidenti Co Bayden mayın 8-də "CNN" telekanalına müsahibəsində Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə ABŞ-ın İsrailə silah tədarükünü dayandıracağını bildirib. Həmin gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin verdiyi açıqlamada bildirib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımın bəzi detallarını yenidən nəzərdən keçirir.  Onun açıqlamalarından belə çıxır ki, xüsusən də yüksək güclü bombaların tədarükü dayandırılıb. Pentaqonun rəhbərinin sözlərinə görə, tədarüklə bağlı yekun qərarlar qəbul edilməyib. Dövlət Departamentinin verdiyi məlumatda da bildirilir ki, İsrailə yalnız bir döyüş sursatı göndərilməsi dayandırılıb, lakin digər hərbi təchizatların çatdırılması məsələsinə də yenidən baxılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »