Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fikrət Qocanın oğlunun ölümü ilə bağlı işdə yeni qərar
Bakı Apelyasiya Məhkəməsində Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi ölümündə təqsirli bilinən şəxlərlə bağlı hökmdən müdafi tərəfinin apellyasiya şikayəti və prokurorun verdiyi protest üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Elnur Nəhmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib. Digər təqsirləndirilənlər isə xuliqanlıqda təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bizimyol.info xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyanın qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Qərara əsasən prokurorun apelyasiya protesti və təqsirləndirilən şəxslərin vəkillərinin apelyasiya şikayətlərinin heç biri təmin edilməyib.

İttihama görə Yalçın Qocayev mübahisə zəminində E. Nəhmədov tərəfindən döyülərək öldürülüb. O, tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yemək yeyiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Hadisə bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasındabaş verib. Ruslan qurumun üzvü olan Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »