Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil eksperti yeni təhsil nazirinin kim olacağını söylədi
Bu gün Bizim Yol-a verdiyi müsahibədə Azərbaycanda təhsil sistemində mövcud olan problemlərdən danışan təhsil eksperti Kamran Əsədov bir çox məsələlərə aydınlıq gətirib. Söhbət zamanı məktəbdə psixoloqların, həkimlərin fəaliyyətindəki  qüsurlar, məktəb inventarlarından lazımi qaydada istifadə edilməməsi, şagirdlərin dərs  yükü, dərs fənlərinin sayı, orta məktəblərdə rüşvət halları kimi hər kəsi düşündürən məsələlərə toxunulub.

Ən sonda  təhsil sistemində islahatlardan danışan Kamran Əsədov "Sizcə yeni təhsil nazirimiz kim olacaq ?" sualına da cavab verib:

"Mənim  fikrimə görə və mən çox arzu edərdim ki, bu belə olsun, yeni təhsil nazirimiz indi təhsil naziri vəzifəsini icra edən təhsil nazirinin müavini Ceyrun Bayramov olacaq. Mən onun komandası altında təhsilimizdə uğurlu nəticələrin alınacağına inanıram"

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »