Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rinovirus, qrip, boğaz streptokokası, allergik konjonktivit... Yaz allergiyalarından necə qorunmalıyıq?
Rinovirus, qrip, boğaz streptokokası, allergik konjonktivit... Yaz allergiyalarından necə qorunmalıyıq?

Çoxumuz yaz fəslini allergiya mövsümü kimi tanıyırıq. Ancaq yaz aylarında allergiyadan daha fərqli xəstəliklər ortaya çıxır. Yaz fəsli adətən açıq hava fəaliyyətlərinə qayıdış və günlərin uzanması demək olsa da, müxtəlif xəstəliklərin də ortaya çıxması deməkdir. Yaz aylarında allergiya alovlarının artmasının səbəbi ağacların və bitkilərin çiçəklənməsi və çiçək tozlarının küləklə daşınaraq burnumuza, gözümüzə və ciyərlərimizə çatmasıdır. Yazın digər bir xəstəliyi,  astma xəstəliyidir. Hava istiliyinin dəyişməsi, gübrələr kimi astma tətikləyiciləri yazda açıq havada bol olur. Toz, kif və təmizləyici kimyəvi maddələr də astmaya səbəb ola bilər. Astma xroniki respirator xəstəlikdir. Bu, həyat üçün təhlükə yarada bilər. Reseptli dərmanlar nəfəs darlığını aradan qaldıra bilmədikdə, astma xəstələrinin təcili yardım planı olmalıdır.

Rinovirus

Bahar soyuqdəymələrin pik həddə çatdığı vaxtdır. Bütün soyuqdəymələrin təxminən 50%-nə səbəb olan rinoviruslar yazda asanlıqla yayılır. Əllərinizi mütəmadi olaraq yumaq və gözlərinizə, burnunuza və ağzınıza toxunmamaq vacibdir.

Qrip

Təəssüf ki, qrip yazda isti havaların başlaması ilə bitmir. Əslində qrip virusları nəm şəritdə rahat yaşayır. Ehtiyatlı olun və bacardığınız qədər əllərinizi yumağa çalışın.

Boğaz ağrısı

Əgər vaxtaşırı boğaz ağrısı keçirmisinizsə, qarşısının alınmasının nə qədər vacib olduğunu bilirsiniz. Boğaz streptokokası öskürmə, asqırma və tərkibində yoluxmuş şəxsin tüpürcəyi ola bilən əşyalara toxunma yolu ilə asanlıqla yayıldığı üçün ictimai yerlərdə əlavə tədbirlər görmək üçün dezinfeksiyaedici salfetlər və dezinfeksiyaedici əl vasitələrini özünüzlə hər yerə götürün.

Allergik konjonktivit

Əgər uşağınız məktəbdən evə qırmızı-çəhrayı, sulu gözlərlə gəlirsə, onun konjonktivit infeksiyası olduğunu düşünə bilərsiniz. Uşağınızın allergik reaksiyası və ya infeksiyası olub olmadığını müəyyən etmək üçün həkimə müraciət etməlisiniz.

Həşərat allergiyaları

Həşəratların sancdığı və ya dişlədiyi insanların əksəriyyəti dişləmə və ya sancma yerində ağrı, qızartı, qaşınma və kiçik şişlikdən əziyyət çəkir. Bu, normal reaksiyadır. Əksər insanlar saatlar və ya günlər ərzində sağalırlar. İnsanlarda həşəratları dişləyən və ya sancdıqda ciddi allergik reaksiya ola bilər.

Həyat üçün təhlükə yaradan allergik reaksiya (anafilaksiya) dərhal tibbi yardım tələb edən əlamətlər və simptomlar yaradır. Dərhal müalicə edilmədikdə, anafilaksiya ölümlə nəticələnə bilər. Simptomlar tez-tez dəri və ya ağız, ağciyər, ürək və bağırsaqlar kimi birdən çox orqan sistemini (bədənin bir hissəsini) əhatə edir.

Əgər xroniki xəstəlikləriniz varsa, unutmayın ki, bu bahar aylarında üzə çıxacaq. Bu səbəbdən də çalışın ki, bahar aylarında xəstəliyinizlə yola gedə biləsiniz, onu qıcıqlandırmayasınız. Əks halda, günlərlə bunun ağrısını çəkə bilərsiniz. Yaz və yay aylarında ağac və ot tozcuqları mövsümündə tozcuqların səviyyəsi axşamlar yüksək olur. Çöldə işlədikdən və ya oynadıqdan sonra duş qəbul edin, saçınızı yuyun və paltarınızı dəyişdirin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »