Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edib
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi ölkədəki şirkətlərə və dövlət qurumlarına kiberhücumlar həyata keçirdiklərini əsas gətirərək 2 İran şirkəti və 4 İranlıya sanksiya tətbiq etdiyini açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) verilən açıqlamada ABŞ-da bir sıra şirkət və dövlət qurumlarının kiberhücumların hədəfi olduğu, 2 İran şirkəti və 4 iranlıya qarşı sanksiya tətbiq edildiyi bildirilib. Onlar bu kiberhücumları İran İnqilab Keşikçiləri Korpusu-Kiberelektronik Komandanlığı (IRGC-CEC) adından həyata keçirdiklərini əsas gətirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sözügedən qərarla bağlı verdiyi yazılı açıqlamasında nazirliyin sanksiya qərarını 4 nəfər üçün hazırladığı iddianamə ilə birlikdə qəbul etdiyini bildirib: "IRGC-CEC ABŞ və digər ölkələrdəki qurumlara qarşı kiberhücumlardan məsul olan İran hökumət təşkilatıdır", - deyə qeyd edib.

Miller ABŞ-ın zərərli kiber hərəkətləri aşkar etmək və günahkarları cəzalandırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb: “ABŞ ölkə şirkətlərini hədəf alan kiberhücumlara dözməyəcək”, - deyə bildirib.

Bu arada OFAC-ın açıqlamasında müvafiq şirkət və şəxslərin adları paylaşılarkən, siyahıdakı adların ABŞ-dakı mal varlıqlarının bloklandığı da qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »