Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın yardımı Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyətini dəyişməyəcək - “Politico”
ABŞ-ın yardımı Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyətini dəyişməyəcək - “Politico”

"Vaşinqtonun Kiyevə yardımı Ukrayna Silahlı Qüvvələrinin (USQ) azalmaqda olan resurslarını gücləndirəcək, lakin onlara əks-hücum keçirməyə imkan verməyəcək".

Bizimyol.info xəbər verir ki, bu fikri “Politico” qəzetinin Avropa nəşri yazıb.

Müəlliflərin fikrincə, ABŞ-ın Ukraynaya yardımı gəldikdən sonra belə, təchizatların artırılması Ukraynaya Rusiya ordusu tərəfindən gələcək ehtimal edilən hücuma qarşı müdafiəsini gücləndirməkdən başqa bir şey etmək üçün kifayət etməyəcək.

Qəzet onu da əlavə edir ki, Kiyev tək başına hücuma keçmək üçün qətiyyən kifayət qədər gücə malik deyil.

“Politico” Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqlarının əsas səbəblərini, o cümlədən 2023-cü ildə Ukraynanın səmərəsiz əks-hücumunu izah edən Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovdan sitat gətirib. Qəzet yazır ki, keçmiş nazir Ukraynanın uğursuz əks-hücumunun əsas problemini USQ-in çox qızışdırılmasında və gözləntilərin çox böyük olmasında görür, çünki Ukraynaya lazım olanın çoxu hələ də həyata keçirilməyib.

Aprelin 23-də Konqresin Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın faktiki olaraq dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri paketini təsdiqləyib. Aprelin 20-də qanun layihələri ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənib.

Paketin həcmi 95 milyard dollar təşkil edir. Buraya, xüsusən, Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki şəxslərə humanitar yardım göstərmək üçün vəsait daxildir. Senat tərəfindən təsdiqləndikdən sonra paket imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq aprelin 24-də onu imzalamağa söz verib və Vaşinqton bu həftə Kiyevə silah tədarükünü bərpa edə biləcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »