23 apreldə Heydər Əliyev Sarayında Uşaqlar Bayramı münasibətilə Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcının da qatıldığı tədbir baş tutub.
Beynəlxalq Maariflər Məktəbi, bir sıra yerli və xarici təhsil müəssisələri rəhbərliklərinin iştirak etdiyi tədbirdə Qazi Mustafa Kamal Atatürk və döyüş yoldaşları, eyni zamanda 44 günlük Vətən savaşında canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
"TBMM-nin açıldığı 23 aprel 1920-ci il Türkiyə tarixinin çox önəmli bir tarixidir. Şanlı tariximizin rəmzi olan TBMM ölkəmizin suverenliyinin, siyasi iradəsinin təcəssümüdür" - deyə, tədbirin açılışında qeyd olunub.
Bakı Dəyanət Vəqfinin təşkil etdiyi musiqi ansamblı səhnədə öz məharətlərini göstəriblər. Səhnədə Qafqazın milli rəqsi "ləzginka", daha sonra "Çırpınırdın Qara dəniz" mahnıları ifa edilib. Ardınca xanımlardan ibarət milli rəqs qrubu səhnədə öz yerini alıb. Bundan sonra 3 nömrəli Uşaq və Gənclər mərkəzinin təşkilatçılığı ilə türk-qırğız rəqsi ifa edilib.
Bizimyol.info xəbər portalı Beynəlxalq Maariflər Məktəbi, bir sıra yerli və xarici təhsil müəssisələri rəhbərliklərinin iştirak etdiyi və Bakıda keçirilən 23 aprel tədbirinə aid görüntüləri təqdim edir:
Mətin Şükürlü, Bizimyol.info