Tədqiqatçılar planetimizin peyki olan Ayın qabığının altında nə olduğunu araşdırırlar.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, elm adamları tərəvindən yuaxın vaxtlarda yenidən nəzərdən keçirilməsi və hətta üzərində baza yaradılması planlaşdırılan Ayla bağlı araşdırmalar davam etdirilir. Alimlər indi Ayın səthinin altındakı təbəqələr üzərində yeni araşdırma aparıblar. Müvafiq olaraq, planetimizin peykində Yerin nüvəsinə bənzər bir nüvə var.
Ayın nüvəsinin donmuş və ya ərimiş olması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Fransa Beynəlxalq Elmi Tədqiqatlar Mərkəzindən Artur Bryaud və onun komandasının apardığı seysmik tədqiqatlar bu suala cavab verdi. Bu araşdırmanın Ay və Günəş sisteminin tarixi ilə bağlı suallara cavab verməsi gözlənilir.
Keçmişdə Ayın çox güclü maqnit sahəsinin olduğu bildirilirdi, lakin zaman keçdikcə bu maqnit sahəsi zəifləyib. Maqnit sahələrinin meydana gəlməsi üçün nüvədə ərimiş metal olmalıdır. Tədqiqatda müxtəlif mənbələrdən toplanan seysmik məlumatları araşdıran tədqiqatçılar Ayın sərt nüvəsinin ətrafında lava təbəqəsinin olduğunu aşkar ediblər. Bildirilib ki, xarici nüvənin diametri 362 kilometr, daxili nüvənin diametri isə 258 kilometr, daxili nüvənin sıxlığı isə kubmetrə 7822 kiloqramdır.
Bu, dəmirin sıxlığına çox yaxındır.
Açılan digər maraqlı məlumat isə Ayın yeraltı hərəkətləri ilə bağlıdır. Belə görünür ki, Ayın strukturunda daha sıx olan materiallar Ayın nüvəsinə doğru çökərək daha yüngül materialları səthə doğru itələyirlər.
Alimlər bunun Aydakı vulkanik krater strukturlarını izah etməyə kömək edəcəyini bildirirlər.
Qadir, Bizimyol.info