Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mülki yəhudilər Əl-Əqsa məscidinə basqın ediblər
Mülki yəhudilər Əl-Əqsa məscidinə basqın ediblər

"Mülki yəhudi işğalçıları İsrail polisinin himayəsi altında Pasxa bayramının ilk günündə Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər".

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, Pasxa bayramının ilk günündə 219 mülki yəhudi Məscidül-Əqsanın həyətinə daxil olub.

Şahidlərin bildirdiyinə görə, İsrail polisi səhər saatlarından etibarən Məscidül-Əqsanın qapılarını bağlayaraq müsəlmanların içəri girməsinə mane olub. Daha sonra mülki yəhudi işğalçılar İsrail polisinin nəzarəti altında qruplar halında Meqaribe qapısından Məscidül-Əqsaya basqın ediblər. Reydlər başa çatdıqdan sonra İsrail polisi Əl-Əqsa məscidinin həyətindən çəkilib.

Günorta saatlarında yəhudi işğalçılarına qarşı basqına hazırlaşan İsrail polisinin günorta namazına gələn fələstinli gənclərin şəxsiyyət vəsiqələrini də müsadirə etdiyi açıqlanıb. İsrail polisinin bunu yəhudi işğalçılarının basqını zamanı fələstinlilərin oradan çıxmasını təmin etmək üçün etdiyi bildirilib.

Mülki yəhudilər dini bayramlar zamanı Əl-Əqsa məscidinə basqınlarını artırırlar.

İordaniya 1994-cü ildə İsraillə imzalanmış "Vadi Araba" sazişinə əsasən Qüdsdə dini işlərə cavabdeh ölkə hesab olunur. İordaniya kralı II Abdullah ilə Fələstin prezidenti Mahmud Abbas arasında 2013-cü ildə imzalanan müqaviləyə əsasən, Qüdsü və oradakı müqəddəs yerləri qorumaq və təhlükəsizliyə nəzarət etmək hüququ İordaniyaya verilib.

Razılaşmaya görə, Məscidül-Əqsa; İordaniya Vəqfləri İslam İşləri və Müqəddəs İşlər Nazirliyinə bağlı olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Daha əvvəl Qüds İslam Vəqfləri İdarəsinin icazəsi ilə Məscidül-Əqsanı ziyarət edən yəhudilər, İsrailin Vəqflərin suverenliyini pozan birtərəfli qərarı çərçivəsində 2003-cü ildən polisin müşayiəti ilə müsəlmanların müqəddəs ziyarətgahına daxil olurlar.

İsrail rəhbərliyi “yalnız müsəlmanların ibadət edə biləcəyi və başqa dinlərin nümayəndələrinin də ziyarət edə biləcəyi” Məscidül-Əqsada tarixi status-kvonun qorunub saxlanıldığını iddia edir. Bununla belə, İsrail polisinin himayəsi altında Əl-Əqsada keçirilən reydlər zamanı namaz qılan və dini ayinləri yerinə yetirən mülki yəhudi işğalçıları tez-tez kameralara düşür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »