Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynaya münasibətini ikiüzlü adlandırıb
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynaya münasibətini ikiüzlü adlandırıb

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Ukrayna münaqişəsinin həllinə yanaşmasını ikiüzlü və məsuliyyətsiz adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

“Amerika tərəfi Ukraynaya hərbi yardım haqqında genişmiqyaslı qanun layihəsi təqdim edib və eyni zamanda Çin və Rusiya arasında normal iqtisadi, ticarət mübadiləsi üçün müvafiq öhdəliklər götürməyə çalışır. Bu yanaşma son dərəcə ikiüzlü və məsuliyyətsizdir, eləcə də Çin Xalq Respublikası buna qəti şəkildə qarşı çıxır”, - deyə o qeyd edib.

Van Venbin xatırladıb ki, Çin Ukrayna böhranının təhrikçisi və ya tərəfi deyil, həmçinin heç vaxt situasiyadan öz məqsədləri üçün istifadə etmək bir yana, vəziyyətin dahada gərginləşməsi istəməyib və atəşə yanacaq tökmək niyyətində olmayıb.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsini qəbul edib ki, bu da Kiyevə təxminən 61 milyard dollar məbləğində dəstəyin, o cümlədən Ukrayna ordusuna "ATACMS" taktiki raketlərinin verilməsini nəzərdə tutur. Senat bu təşəbbüsə aprelin 23-də baxmağa başlayacaq. ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Vaşinqtonun tezliklə Kiyevə yeni hərbi yardım paketi ayıracağına söz verib, Pentaqon isə Ukraynanın müvafiq nazirliyinə silahların çatdırılması üçün dəqiq vaxt çərçivəsinin olmadığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »