Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan DİN-i Azərbaycanla sərhədin delimitasiyası üzrə işlərin aprelin 23-də başlayacağını bildirib
Ermənistan DİN-i Azərbaycanla sərhədin delimitasiyası üzrə işlərin aprelin 23-də başlayacağını bildirib

"Aprelin 23-də Ermənistan Tavuş vilayətinin Bağanis-Voskepar hissəsində Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlayır".

Bizimyol.info xəbər verir ki, bu barədə respublika Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir.

Bəyanatda: “Bağanis-Voskepar avtomobil yolu ətraf ərazilərdə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqdakı minalanmış ərazilərə daxil olmalarının qarşısının alınması məqsədilə bağlanıb”, - deyə qeyd edilir.

“Bu gün Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır. Onu da nəzərinizə çatdırırıq ki, Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu gün Ermənistanla Azərbaycanın təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın Sərhəd Qoşunlarına veriləcək”, - deyə nazirlikdən bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »