Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Baydenlə Ukraynaya veriləcək yardım paketini müzakirə edib
Zelenski Baydenlə Ukraynaya veriləcək yardım paketini müzakirə edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə Ukraynaya yardım layihəsinin təsdiqindən sonra veriləcək ilk müdafiə paketini müzakirə etdiyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım paketini təsdiqləməsindən sonra prezident Baydenlə telefon danışığı apardığını bildirib.

Zelenski bildirib ki, Bayden qanunun Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə onu dərhal imzalayacağına zəmanət verib: “Mən Co Baydenə Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə və həqiqi qlobal liderliyinə görə minnətdaram”, - deyə Ukrayna dövlət başçısı qeyd edib.

Zelenski Baydenə Rusiyanın minlərlə raket, pilotsuz uçuş aparatı və bombalarla hava hücumları ilə bağlı məlumat verdiyini bildirib: “Mən ABŞ prezidentinə görüşümüzdən bir neçə dəqiqə əvvəl Xarkov televiziya qülləsinə hücumu xüsusi qeyd etdim. Bunun Rusiyanın şəhəri yaşayış üçün yararsız hala salmaq niyyətinin göstəricisi olduğunu bildirdim”, - deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, görüş zamanı ABŞ-ın Ukraynaya yardım qanununun təsdiqindən sonra təmin edəcəyi ilk müdafiə paketini müzakirə ediblər. O, Baydendən bu paketin sürətli və güclü olacağına, zenit, uzaq mənzilli və artilleriya imkanlarını gücləndirəcəyinə dair zəmanət aldığını vurğulayıb. Zelenski qeyd edib ki, ikitərəfli təhlükəsizlik sazişinin imzalanması və qarşıdan gələn sülh sammitinə hazırlıq məsələləri də müzakirə mövzusu olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »