Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstan prezidenti aprelin 24-25-də Azərbaycana səfər edəcək
Qırğızıstan prezidenti aprelin 24-25-də Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Cəfərov aprelin 24-25-də Azərbaycanda dövlət səfəri edəcək.

Bizimyol.info xəbər verir ki, bunu Bişkekdə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev deyib.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycan Respublikasında dövlət səfərində olacaq”, - deyə o qeyd edib. Şöbə rəhbərinin sözlərinə görə, səfər zamanı Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.

Dövlət başçıları, xüsusilə, “ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini”, eləcə də “gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması” perspektivlərini müzakirə edəcəklər.

Həmçinin, Cəfərovun səfəri çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, ondan sonra prezidentlərin birgə bəyannaməsi və “ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə” yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.

“Dövlət başçıları Xıdırlı kəndində orta məktəbin tikintisi üçün özülün qoyulması mərasimində də iştirak edəcəklər”, - Əzimbakiyev qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »