ABŞ Senatında müttəfiqlərə, o cümlədən Ukraynaya yardım, habelə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri üzrə səsvermə aprelin 23-də keçiriləcək.
APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer "X" sosial şəbəkəsində məlumat verib.
"Senat milli təhlükəsizlik üçün əlavə maliyyələşdirmə ilə bağlı lazımi addımı atmağa hazırdır və çərşənbə axşamı günü ilk səsvermə ilə bu işi başa çatdırmaq üçün razılığa gəlib", - deyə o, “X” sosial səhifəsində yazıb.
Xatırladaq ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi haqqında qanun layihələrini təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib. Bundan sonra bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra Prezident Cozef Bayden tərəfindən imzalamalıdır.