Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, şənbə günü yekun səsvermədən əvvəl - qanunvericilər həftə sonları nadir hallarda görüşürlər - mahiyyət etibarilə vahid paketdə birləşdirilən bu qanun layihələri üzrə qısa müzakirələr aparılıb.

ABŞ-ın federal büdcəsindən Ukrayna, İsrail və Tayvanın hərbi ehtiyacları üçün bu formada əlavə ayırmaların rəsmiləşdirilməsi təşəbbüsünü Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson irəli sürüb. Aprelin 17-də o, paketə daxil olan qanun layihələrinin mətnlərini təqdim edib, ondan sonra Kiyevə yardım kreditlə veriləcək. Başlanğıcda administrasiyasının Ukrayna, İsrail və Tayvana hərbi yardım tələbinin parçalanmasına qarşı çıxan ABŞ prezidenti demokrat Co Bayden sonradan Consonun təşəbbüsünü dəstəkləyib.

İndi qanun layihəsi Nümayəndələr Palatasından fərqli olaraq demokratların çoxluğa sahib olduğu Konqres Senatına göndəriləcək. Konqresin yuxarı palatasındakı Demokratlar fraksiyası artıq paketin dərhal təsdiqini təmin etməyə hazır olduğunu bildirib. Senatın şənbə günü ona baxmağa başlayacağı gözlənilir. Daha sonra Bayden tərəfindən imzalanacaq və qanun qüvvəyə minəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »