Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan Həmas siyasi büro rəhbəri Haniyə ilə görüşüb
Prezident Ərdoğan Həmas siyasi büro rəhbəri Haniyə ilə görüşüb

Prezident Ərdoğanın Qəzzaya diplomatik səfəri davam edir. Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. Günorta saat 14.30 radələrində başlayan görüş 2,5 saat davam edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul etdi. Görüşdə İsrailin Qəzzaya başda Fələstin torpaqlarına etdiyi hücumlar, Qəzzaya humanitar yardımın lazımi və fasiləsiz çatdırılması üçün nələrin edilməsi lazım olduğu, bölgədə ədalət və qalıcı sülh prosesi ilə bağlı məsələlər müzakirə edildi.

Prezident Ərdoğan görüşdə Türkiyənin beynəlxalq ictimaiyyətin diqqətini Fələstinlilərə edilən zülmə yönəltmək üçün diplomatik səylərini davam etdirdiyini, vəhşiliyə son qoyulması və təcili daimi atəşkəs zərurətinin hər fürsətdə vurğulandığını bildirib. Türkiyə Prezidenti İsrailin fələstinlilərə etdiyi zülmün əvəzini bir gün ödəyəcəyini, Türkiyənin Qəzzada törədilən qırğınları hər zəmində izah etməyə davam edəcəyini, regional sülhün açarı olan müstəqil Fələstin Dövlətinin qurulması və bölgəyə daimi sülhün gətirilməsi üçün bütün səylərin göstərildiyini bildirib.

Ərdoğan Fələstinlilərin bu prosesdə birlik içində hərəkət etmələrinin həyati əhəmiyyət daşıdığını, İsrailə ən güclü cavabın və qələbəyə gedən yolun birlik və bütövlüyün olduğunu bildirib. O qeyd edib ki, Fələstinin İsrailə qarşı haqlı davası və beynəlxalq ictimaiyyəti çaşdıran faktlar daha çox izah edilməlidir.

Dövət başçısı görüşdə Türkiyənin Fələstinə dərdləri müəyyən qədər yüngülləşdirmək üçün humanitar yardımlarını davam etdirdiyini bildirib. O, həmçinin qeyd edib ki, bu günə qədər bölgəyə 45 min tondan çox humanitar yardım göndərilib və İsrailə qarşı bir sıra sanksiyalar, o cümlədən ticarətə məhdudiyyətlər tətbiq edilib.

İsraillə İran arasında yaşanan gərginliyi dəyərləndirən prezident Ərdoğan, hadisələrin İsrail üçün əsas qazanmaması lazım olduğunu, İsrailin Qərbdəki hücumlarını şübhə altına alan atmosferin dağılmaması üçün yenidən Qəzzaya diqqət çəkəcək araşdırmaların aparılmasının vacib olduğunu vurğulayıb.

Prezident Ərdoğan sosial media hesabındakı paylaşımında görüşü belə təsvir edib: "Fələstin davasının lideri mənim qonağım olacaq. Çox şeylər haqqında danışacağıq və dərdlərimizi birlikdə paylaşacağıq", deyib", - deyə bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »