Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cəsur insanlar sivilizasiyanı nüvə silahı ilə təhdid etmir” – Zelenski
“Cəsur insanlar sivilizasiyanı nüvə silahı ilə təhdid etmir” – Zelenski

"Rusiyanın hökmdarı Vladimir Putin UkraynadanŞ eləcə də bütün sivil dünyadan qorxur, çünki cəsur və özünə güvənən insanlar bütün dünyanı nüvə silahı ilə təhdid etmirlər".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski braziliyalı jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin Ukraynadan çox qorxur, çünki o, özünə arxayın olmayan bir insandır: “Çünki böyük ordusuna, belə mineral ehtiyatlara, əlhalisu bu qədə çox, ərazisi bu qədər böyük olan dövlətə malik, özünə güvənən insanlar dünyanı nüvə silahı ilə təhdid etmirlər. Cəsur insanlar sivilizasiyanı nüvə silahı ilə, əslində Yer kürəsinin varlığı ilə və ya bütün canlılarla təhdid etmirlər. Ona görə də mənim üçün bu “tipin” psixotipi tamamilə aydındır. Qorxutmağa cəhd edirsə, demək özü daha çox qorxur”, - deyə Zelenski qeyd edib.

“Fevralın sonunda Putin Ukraynaya qoşun göndərən ölkələr üçün “faciəli nəticələrlə” hədələmişdi. Xüsusilə, diktator bəşəriyyətin məhvi demək olan nüvə müharibəsinin "real təhlükəsi" haqqında danışdı. Putinin deyirdi ki, bir vaxtlar kontingentini ölkəmizin ərazisinə göndərənlərin taleyini xatırlayırıq, lakin indi mümkün müdaxiləçilər üçün nəticələr daha faciəli olacaq”, - deyə o əlavə edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Aİ Ukraynaya Qərb qoşunlarının göndərilməsini müzakirə edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »