Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə prezidenti HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Qəzza nizamlanması məsələsini müzakirə edib
Türkiyə prezidenti HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Qəzza nizamlanması məsələsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, mətbuata bağlı qapılar arxasında keçirilən görüşdə Qəzza zolağında atəşkəs, İsraillə girovların mübadiləsi və Fələstin anklavına humanitar yardımın çatdırılması məsələləri müzakirə olunub.

HƏMAS rəhbəri bundan əvvəl də bir neçə dəfə Türkiyəyə səfər edib və Ərdoğanla görüşüb. Aprelin 17-də parlamentdə çıxış edən Ərdoğan bir daha HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib. O, həmçinin hərəkatı 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsinə səbəb olan milli qurtuluş savaşı zamanı 1918-1922-ci illərdə Anadoluda fəaliyyət göstərən Kuvayi Milliyə könüllü qüvvələri ilə müqayisə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »