Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda təbiət hadisəsi nəticəsində ölənlərin sayı artıb
Pakistanda təbiət hadisəsi nəticəsində ölənlərin sayı artıb

Pakistanda leysan yağışların səbəb olduğu daşqın və ildırım çaxması nəticəsində insan tələfatı artır.

Bizimyol.info xəbər verir ki, Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) verdiyi açıqlamada ölənlərin sayının 87-yə, yaralıların sayının isə 82-yə yüksəldiyi bildirilib.

Qeyd edilir ki, itkilərdən 36-sı ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb, 53 nəfər isə yaralanıb. Şərqi Pəncab əyalətində 25 nəfərin öldüyü, 8 nəfərin, cənub-qərbindəki Bəlucistan əyalətində isə 15 nəfərin öldüyü, 10 nəfərin yaralandığı qeydə alınıb. Pakistanın nəzarətində olan Kəşmirdə 11 nəfərin öldüyü, 11 nəfərin yaralandığı bildirilib. Yağışlar nəticəsində ölkə üzrə 2715 evin qismən və ya tamamilə dağıldığı bildirilib.

Şiddətli yağış və tufanların təsirini davam etdirəcəyi və yağışların ölkənin bir çox bölgəsində qəfil daşqınlara səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Pakistanın baş naziri Şahbaz Şərif şiddətli yağışdan zərər çəkmiş bölgələrdə yardım fəaliyyətlərinin və yağış səbəbiylə bağlanan yolların açılması səylərinin sürətləndirilməsini istəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »