Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Rusiya sərhədçiləri Tavuşdakı postlarını tərk edəcəklər"
Paşinyan: "Rusiya sərhədçiləri Tavuşdakı postlarını tərk edəcəklər"

"Rusiya sərhədçiləri Ermənistanın Tavuş rayonundan çıxarılacaq".

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri Tavuşda fərqli vəziyyətdə yerləşdiriliblər, lakin indi bu, xeyli dəyişib və bu, bütün istiqamətlərdə əks olunmalıdır: “Bu o deməkdir ki, bizim cəbhə xətti yox, sərhədimiz var, həmçinin qəbul etməliyik ki, sərhəd sülhün simvoludur və bu o deməkdir ki, bundan sonra Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, - deyə Paşinyan bildirib.

Onun sözlərinin sərhədçilərin geri çəkilməsi demək olub-olmaması ilə bağlı izahedici suala da Paşinyan cavab verib. Baş nazir hesab edir ki, tez bir zamanda erməni sərhədçilərini Tavuş bölgəsinə yerləşdirmək lazımdır: “Biz bu prosesi mümkün qədər tez həyata keçirməliyik və mən bunu istisna etmirəm ki, yollarda “Ermənistan Respublikası” və “Azərbaycan Respublikası” işarələri görünəcək ki, bunu təşvişlə qarşılamaq lazım deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Rusiya sərhədçiləri Voskepar sərhəd icmasında yerləşdirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »