Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Qarabağı tərk edən Rusiya sülhməramlılarına texniki dəstək vermək niyyətindədir
Azərbaycan Qarabağı tərk edən Rusiya sülhməramlılarına texniki dəstək vermək niyyətindədir

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarabağdan şəxsi heyətin və hərbi texnikanın daşınmasında Rusiya sülhməramlı kontingentinə lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıq verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, bu barədə göstəriş Quru Qoşunlarının qərargahında keçirilən rəsmi iclasda verilib. “Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş və hazırda ölkəmizdən gedən Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin, döyüş sursatı və hərbi texnikasının daşınmasında zəruri texniki təminatın təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib”, - deyə məlumatda qeyd edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə həmçinin şərti Azərbaycan-Ermənistan dövlət sərhədində əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığı ilə bağlı tədbirlər və hərbi intizamın vəziyyəti müzakirə edilib.

Aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Rusiya rəhbərliyi Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən tezliklə çıxarılması barədə qərar qəbul edib. O qeyd edib ki, bu qərarın icrası üçün iki ölkənin müdafiə nazirlikləri müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Onun tərkibinə 1960 atıcı silahı olan hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxildir. Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddəti 5 il, tərəflərdən hər hansı biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etmədiyi təqdirdə avtomatik olaraq daha beş il müddətə uzadılma ilə müəyyən edilmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »