Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda şiə qüvvələrinin düşərgəsində baş verən partlayışın səbəbi açıqlanıb
İraqda şiə qüvvələrinin düşərgəsində baş verən partlayışın səbəbi açıqlanıb

İraqdakı şiə əl-Həşd əş-Şaabi qüvvələrinin komandanlığı bildirib ki, gecə saatlarında Kalsu (Babil əyaləti) milis bazasında baş verən partlayışa səbəb pilotsuz təyyarənin zərbəsi deyil, silahlı hücum olub.

Bizimyol.info xəbər verir ki, qurumun "Telegram" kanalında yayılan bəyanatda bildirilib ki, hücum nəticəsində bir şiə döyüşçü həlak olub, 8-i yaralanıb. Bundan əvvəl “Al Sumaria” telekanalı İraq hərbçilərinin araşdırma apardığını və Bağdaddan 50 km aralıda şiə milis düşərgəsində baş verən partlayışın səbəbinin pilotsuz təyyarə və ya hava hücumunun olmadığını müəyyən etdiyini bildirib.

İraq təhlükəsizlik mənbəsi telekanala bildirib ki, "Partlayışdan əvvəl və ya sonra İraq hava məkanında heç bir aviasiya fəaliyyəti olmayıb".

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin Babil vilayətində şiə milislərin hədəfinə hava zərbəsi endirdiyi iddiası ilə bağlı fərziyyələri təkzib etmişdi. "Al Sumaria" telekanalının məlumatına görə, Kalsudakı bazada neft anbarı və silah anbarları var. Baş verən güclü yanğın səhər saatlarında söndürülüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »