Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Bakı və İrəvan sərhədin bir hissəsinin problemini ilk dəfə danışıqlar yolu ilə həll edib"
Paşinyan: "Bakı və İrəvan sərhədin bir hissəsinin problemini ilk dəfə danışıqlar yolu ilə həll edib"

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq danışıqlar yolu ilə sərhədin bir hissəsinin problemini həll edə bildilər".

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, bu fikirləri ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində İrəvanın nəzarətində olan 4 kəndin Bakıya təhvil verilməsi ilə bağlı razılaşmanı şərh edərkən bildirib.

"Baş verənləri çox detallı qiymətləndirməyimizi istəməzdim, amma eyni zamanda bəzi məsələlərə aydınlıqlar gətirmək də istəyirəm.

Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər”, - deyə baş nazir qeyd edib.

Cümə günü Ermənistan Xarici İşlər Nazirliyi Bakının Tavuş rayonu yaxınlığındakı 4 kəndin verilməsi ilə bağlı Azərbaycanla razılığa gəldiyini açıqlayıb. Bu kəndlər Azərbaycanının ərazisi olub və 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlar nəticəsində Ermənistanın nəzarətinə keçib.

Bu bəyanatdan sonra qonşu erməni kəndlərinin sakinləri etiraz aksiyasına başlayıblar və bu aksiya hazırda davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »