Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA xəbərdarlıq etdi: "Çin Aydakı torpaqlara iddia edə bilər"
NASA xəbərdarlıq etdi: "Çin Aydakı torpaqlara iddia edə bilər"

NASA Administratoru Bill Nelson xəbərdarlıq edib ki, Çin hərbi məqsədlərini gizlətmək üçün mülki proqramlardan istifadə edərək kosmosdakı mövcudluğunu gücləndirir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, o, ABŞ-ın kosmos yarışında ən böyük rəqibi kimi görünən Çinin əvvəllər Aya eniş edəcəyi təqdirdə Ay torpaqlarına “iddia” edə biləcəyini vurğulayıb.

NASA administratoru Bill Nelson Çinin kosmosdakı hərbi mövcudluğu ilə bağlı çıxışında deyib: "Çin, xüsusilə son 10 ildə fövqəladə irəliləyişlər əldə edib, lakin onları çox gizli saxlayır".

Nelson: "Biz inanırıq ki, Çinin mülki kosmik missiyalarının əksəriyyəti hərbi proqramlardır. Və mən əslində bir yarışda olduğumuzu düşünürəm", - deyə qeyd edib. O vurğulayıb ki, Pekinin “ağlı başına gələcək və mülki məkanın dinc məqsədlər üçün istifadə edildiyini anlayacaq”.

NASA prezidenti bəyan edib ki, ABŞ Çindən əvvəl yenidən Aya enməlidir, çünki hər iki ölkə Aya missiyalar həyata keçirir. Pekinin ilk olaraq Aya astronavt göndərəcəyi təqdirdə ABŞ-ın böyük təhlükə ilə üzləşəcəyini deyən Nelson: "Pekinin birinci biz gəlmişik. Bura bizim ərazimizdir, siz kənarda qalın", deyəcəyindən narahat olduğunu vurğulayıb.

Nelson əvvəllər ABŞ-ın Çinlə “kosmos yarışında” olduğunu bildirib və Çinin sonda Ayın resurslarla zəngin bölgəsinə “sahiblik” iddia edə biləcəyi barədə xəbərdarlıq edib.

2022-ci ildə Çinin kosmik proqramı Yer orbitində kosmik stansiya qurub. Ay orbiti və nümunə toplama missiyaları həyata keçirilib. ABŞ "Artemis III" missiyası ilə 2026-cı ildə Aya astronavt göndərməyi planlaşdırır. Çin 2030-cu ilə qədər Aya insan göndərməyə ümid etdiyini bildirib.

Nelson ABŞ-ın kosmos tədqiqində “qlobal üstünlüyünü” itirməyəcəyinə əmin olduğunu desə də, Çinin hələ də real təhlükə olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »