Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MAQATE İsrailin İrana zərbə endirməsi nəticəsində nüvə obyektlərinin heç bir zərər görmədiyini qeyd edib
MAQATE İsrailin İrana zərbə endirməsi nəticəsində nüvə obyektlərinin heç bir zərər görmədiyini qeyd edib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumu ilə bağlı xəbərlər fonunda İranın nüvə obyektlərinə dəyən ziyanı qeydə almayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə agentliyin "X" sosial platformadakı səhifəsində yayılan mesajında ​​deyilir.

“MAQATE İranın nüvə obyektlərinə heç bir ziyan dəymədiyinin doğruluğunu təsdiqləyə bilər”, - deyə mətndə qeyd edilib.

“Agentlik rəhbəri Rafael Qrossi tərəfləri so dərəcə də təmkinli olmağa çağırmaqda davam edir və nüvə obyektlərinin hərbi münaqişələrdə hədəfə çevrilməməsinin vacib oluğunu qeyd edib. MAQATE vəziyyəti yaxından izləməkdə davam edir”, - deyə agentlik əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »