Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili yardıma zəng etdi, sonra bir neçə nəfərlə xəstəxanaya gəldi və…
Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatları məlum olub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisəni xəstəxananın Təcili tibbi yardım şöbəsinə mütəmadi olaraq zəng edən şəxs törədib.

Hazırda adı məlum olmayan şəxs çağırış zənginə gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.

Bildirilir ki, bu şəxs mütəmadi olaraq müxtəlif səbəblərə görə “103” xidmətinə zəng edərək “təcili yardım” çağırır, əksər hallarda telefonlara cavab verən dispetçeri və hadisə yerinə gedən tibb işçilərini təhqir edir, hətta onlara qarşı zor tətbiq edir. Növbəti zəng zamanı dispetçer Qovlar kəndindən çağırış qəbul etdiyi üçün ikinci telefona gec cavab verib və həmin şəxs telefonda xəstəxana əməkdaşını söyüb. O, bir qədər sonra bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək dispetçerlə mübahisəyə başlayıb. Bu zaman həkim E.Əliyev onları ayırmaq üçün araya girib. Lakin sözügedən şəxs həkimin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub. O, daha sonra tibbi bacısı M.Əjdərovaya hücum edərək ona bir neçə sillə vurub. İnsident nəticəsində həkim üz və qol nahiyələrindən xəsarət alıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »