Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran bildirib ki, İsrail yenidən hücum edərsə, ona dərhal və daha güclü cavab veriləcək
İran bildirib ki, İsrail yenidən hücum edərsə, ona dərhal və daha güclü cavab veriləcək

İsrail respublikaya hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində buna cavab verəcək.

Bizimyol.info xəbər veritr ki, bu açıqlama ilə İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani çıxış edib.

“İsrail İran torpağına toxunmağa çalışarsa, şübhəsiz ki, əvvəlki ilə müqayisədə daha güclü zərbə alacaq. Əgər İsrail növbəti dəfə səhv etsə, cavab güclü və dərhal olacaq və günlərlə, saatlarla deyil, saniyələrlə ölçüləcək”, - deyə "IRNA" agentliyi Əli Baqiri Kaniyə istinadən məlumat verib.

Xarici işlər nazirinin müavini aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə hücumu İsrailin “strateji səhvi” adlandırıb. Onun sözlərinə görə, bu səbəbdən Tehran İsrail ərazisində “İranın müdafiə qabiliyyətini və hərbi potensialını yoxlamaq üçün” əməliyyat keçirməyə qərar verib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani qeyd edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı “hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə” anında cavab vermək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »