Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azad Rəhimov: “Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik”
“Qran Pri gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Bu, bizim ilk qələbəmizdir”.

“Report”un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Formula 1 üzrə Azərbaycan Qran Prisini dəyərləndirərkən deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım olub: “Statistikasına baxsaq, bütün biletlərin satıldığın görərik. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Hazırda “twitter”dəki haştaqlara görə “AzerbaijanGP” dünyada birinci yerdədir. “Bakı” isə 4-cü sıradadır. İndi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. Bugünə qədər Azərbaycanla bağlı bir dənə də olsun məlumat verməyən NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik. Gələn il də belə maraqlı məqamlar olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran Prisini qalibi “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »