Yapon rəsmiləri süni intellektin sosial nizamı məhv edə biləcəyini və onun yaradacağı problemlərin onun faydalarından daha çox olduğunu iddia edirdilər. O, bu texnologiya ilə bağlı yeni qaydaların yaradılmasını xahiş edib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ölkənin ən böyük telekommunikasiya şirkəti "Nippon Telegraph and Telephone" (NTT) Yaponiyanın aparıcı qəzetlərindən biri olan Yomiuri Shimbun ilə birgə dərc etdiyi bəyanatda süni intellektdən istifadə ilə bağlı yeni qaydaların müəyyən edilməsi lazım olduğunu açıqlayıb.
ABŞ-ın tanınmış qəzetlərindən olan "Wall Street Journal" (WSJ)-nin məlumatına görə, bəyanatda deyilir: “Ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın dağılmasına səbəb ola bilər ki, bu da müharibələrə gətirib çıxara bilər”, - deyə bildirib.
Açıqlamada, Yaponiya hökumətindən 31 oktyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə təhlükəsizliyi təmin etmək üçün süni intellekt texnologiyasına nəzarəti artıracaq qaydalar qoyması istənilib.
"NTT" və "Yomiuri Shimb"un menecerləri son bir ildir Tokiodakı Keio Universitetinin alimləri ilə süni intellekt texnologiyası üzərində araşdırma apardıqlarını bildiriblər. Dekabr ayında qəzetdə dərc olunan redaksiya məqaləsində ABŞ-dan ölkəyə gətirilən süni intellekt proqramlarının dərin saxta videoların və dezinformasiyaların istehsalına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Süni intellekt sahəsində aktiv araşdırmalar aparan "NTT", Amerika texnologiya şirkəti "OpenAI" tərəfindən istehsal edilən "ChatGPT"yə bənzər bir süni intellekt proqramı hazırlamışdı. Şirkətin biznes sektorundakı tərəfdaşları ilə paylaşdığı "tsuzumi" adlı proqram daha az emal gücü tələb edir və Yapon əmrləri ilə daha effektiv işləyə bilir.
Avropa Parlamenti martın 13-də dünyada ilk süni intellekt qanununu qəbul edib. Avropa Süni İntellekt Qanunu parlamentdə 46 deputatın əleyhinə 523 deputatın səsi ilə qəbul edilib. Tətbiq çərçivəsində xüsusilə təhlükəsizlik qüvvələrinin biometrik identifikasiya sistemlərindən istifadə etməsinə məhdudiyyətlər qoyulub. Qanun çərçivəsində deepfake video və ya səs yazılarının saxta olduğunu açıq şəkildə bildirmək məcburi edilib. Tənzimləmə gələn aydan etibarən iki il ərzində bütün Avropa İttifaqı ölkələrində mərhələli şəkildə tətbiq olunacaq.
Qadir, Bizimyol.info