Fransanın 5 il əvvəl yanğında ciddi ziyan görən məşhur Notr-Dam kilsəsinin yenidən açılma tarixi açıqlanıb.
Bizimyol.info xəbər verir ki, 2019-cu il aprelin 15-də Parisin tarixi və simvolik binalarından biri olan Notr-Dam kilsəsində baş verən yanğından düz 5 il keçir. Katedralin yenidən qurulmasına məsul ictimai təşkilat olan "Rebatir Notre-Dame de Paris"in prezidenti Filip Jost bildirib ki, tarixi bina dekabrın 8-dən etibarən yenidən ziyarətçiləri qəbul etməyə başlayacaq.
Prosesin təslim tarixi və büdcəsinə uyğun olaraq irəlilədiyini bildirən Jost, dağıntıların təmizlənməsi və təməllərin möhkəmləndirilməsindən sonra 2022-ci ildə başlayan yenidənqurma işlərində 250-dən çox şirkət və yüzlərlə rəssam, memar və mütəxəssisin iştirak etdiyini bildirdi.
1163-1345-ci illər arasında tikilmiş Parisin simvollarından biri olan Notr-Dam Katedralində 2019-cu ildə baş verən yanğında kilsənin bütün damı uçub, qülləsi dağılıb. Yanğından sonra kafedralın təmir işləri üçün başladılan kampaniyada 846 milyon avro toplanıb.
Tarixi binada baş verən yanğının səbəbi hələlik müəyyən edilməyib.
Qadir, Bizimyol.info