Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq Pekində Şolz ilə görüşüb
Si Cinpinq Pekində Şolz ilə görüşüb

Çin Prezidenti Si Cinpinq Pekindəki Diaoyutai iqamətgahında Almaniya kansleri Olaf Şolz ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Çin Prezidenti Si Cinpinq Pekindəki Diaoyutai Dövlət Qonaq İqamətgahında Almaniya kansleri Olaf Şolz ilə görüşüb”, - deyə məlumatda qeyd edilib.

Şolz cümə günü Çinə səfər edir. Bu, onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir. Şolzu ətraf mühit, kənd təsərrüfatı və nəqliyyatdan məsul üç nazir müşayiət edir. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə "Siemens", "BMW", "Mercedes-Benz" şirkətlərinin nümayəndələri daxil olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »