Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həm dövlət tərəfindən yetərli büdcə ayrılır, həm də əhalidən “zibil pulu” adı altında vəsait yığılır"
"Həm dövlət tərəfindən yetərli büdcə ayrılır, həm də əhalidən “zibil pulu” adı altında vəsait yığılır"

Hər iki aydan bir qapımızı özünü Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı kimi təqdim edən şəxslər döyərək, “zibil pulu” istəyirlər. Düzü, istədikləri məbləğ də 2 manatdır. Sözüm bunda deyil. Xatırlayıram ki, bir müddət əvvəl MKİS-lərin ləğv edildiyi barədə məlumatlar var idi. MKİS-lər ləğv edildimi? Əgər edilibsə qapımızı döyən kimdir?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,

2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsində konkret olaraq, Mənzil Kommunal İstismar Sahələri ilə bağlı heç bir müddəa, məqam yoxdur. Yəni bu da o deməkdir ki, MKİS-lərin bu gün faktiki olaraq, fəaliyyəti rəsmiləşdirilməyib. Rəsmi fəaliyyətin icrası formasında hesab olunmur. Sadəcə olaraq, Mənzil Kommunal Təsərrüfat Birliyinin bir strukturu kimi fəaliyyət göstərir.

Bu gün MKİS rəisinin əmək haqqı 450 manatdır. Orada çalışan mühəndisin maaşı 430 manatdır. Əslində, 200-dən artıq formalaşdırılmış Mənzil Kommunal İstismar sahəsi, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat departamentinin, o cümlədən də rayon üzrə rayon təsərrüfat birliklərinin bir strukturu hesab olunur. Bunlar hansısa biri dövlət qulluğu deyil, təsərrüfat hesabına bir qurum kimi fəaliyyət göstərir.

Vüqar Tofiqli Vüqar Tofiqli

Vüqar Tofiqli hesab edir ki, bu gün əhalidən yığılan zibil pulları həmin MİS-lərin balansında olan binaların məişət tullantılarının atılması və müəyyən istismar xərcləri ilə bağlı olan məsələnin həllinə yönəldilir.

“Bu istiqamətdə kifayət qədər də maliyyə vəsaiti toplanılır. Bu maliyyə vəsaitinin toplanması ilə yanaşı dövlət büdcəsindən də bu strukturun da saxlanılması üçün kifayət qədər vəsait ayrılır. Təsəvvür edin ki, həm dövlət tərəfindən kifayət qədər vəsait ayrılır, həm də əhalidən də “zibil pulu” adı altında vəsait toplanır. Amma problem ondandır ki, əldə olunan vəsaitlə bağlı hər hansı şəffaflıq təmin edilmir. Yəni vətəndaşın xəbəri olmur ki, onun ödədiyi vəsait hara gedir, necə gedir, kimə verilir. Və yaxud da MİS binasında hər hansı bir məlumatlandırıcı lövhələr varmı, asılıbdırmı?

Bələdiyyələr qarşısında tələb qoyulub ki, bələdiyyənin inzibati binasındahesabat öz əksini tapmalıdır və yaxud vətəndaş ödədiyi vəsait haqqında bilgiləri əldə edə bilir. Bələdiyyələr qarşısına oyulan tələb MİS-lər qarşısında qoyulmayıb. Və ən problemli məsələ odur ki, yığılan o vəsait haqqında vətəndaşın bilgisi olmur”-deyən Vüqar Tofiqli qeyd edib ki, bu səbəbdən də, bu struktur qarşısında da belə bir tələb qoyulmalıdır. Çünki belə bir addımın atılması istənilən halda vətəndaşın məmnunluğuna xidmət edir.

Ekspert hesab edir ki, MİS-ləri və onlara dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsini bələdiyyələrə vermək olar. Onsuz da mərkəzi icra orqanlarına inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu strukturun təkmilləşdirilməsinə, yeniliklərin bu istiqamətə gətirilməsinə, ödənişlərin onlayn şəkildə həyata keçirilməsinə bu gün çox zərurət var. İstənilən halda bu vəsaitin az toplanılması və yaxud da şəffaflığın təmin edilməməsi, hesabatların olmaması bu və digər halda həm vətəndaş, həm də MİS-lərin özü üçün müəyyən problemlər yaradır.

“Bələdiyyələr həm də vətəndaşla birbaşa işləyən bir qurum olduğu üçün bu addımın atılması daha məqsədə uyğundur. Eyni zamanda yeni tikililərin idarə etmə məsələsi var. Hansı ki, Mənzil Məcəlləsində xüsusi olaraq, Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı müəyyən proseslərin idarə edilməsi bələdiyyələrə həvalə edilib. Bu səbəbdən də, MİS-lərin bələdiyyələrə verilməsi və bələdiyyələrdən də prespektlivli tələb edilməsi ümumi prosesdə islahatlar aparılmasına, xidmətin təkmilləşdirilməsinə, yüksəldilməsinə müəyyən mənada öz təsirini göstərmiş olacaq”-deyə V. Tofiqli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »