Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran aprelin 14-ü səhər saatlarında İsrail ərazisinə hücum edə bilər - "Əl-Cəzirə"
İran aprelin 14-ü səhər saatlarında İsrail ərazisinə hücum edə bilər - "Əl-Cəzirə"

Birləşmiş Ştatlar hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi "Əl-Cəzirə" telekanalına məlumat verib.

“Biz İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq. İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir”, - deyə məmur bildirib.

Onun sözlərinə görə, hücum üçün İraq və Suriyadakı iranpərəst qüvvələrdən istifadə oluna bilər. Vaşinqton administrasiyasının sözçüsü həmçinin qeyd edib ki, ABŞ İsraili müdafiə edəcək və İranın mümkün hücumuna müqavimət göstərmək niyyətindədir: “Əlavə hərbi imkanlarımız bizə İran və onun etibarlı qüvvələrinin istənilən hücumuna tab gətirməyə imkan verir”, - deyə mənbə qeyd dib.

"Bloomberg" daha əvvəl mənbələrə istinadən xəbər verib ki, ABŞ və müttəfiqləri İranın İsraildəki hərbi və hökumət obyektlərinə cavab zərbəsi endirməsinin qaçılmaz olduğunu barədə məlumatlar var. Onların fikrincə, bu, yaxın günlərdə yüksək dəqiqlikli raketlərin istifadəsi ilə baş verə bilər. "The Wall Street Journal" İsrailin cümə və ya şənbə günü İranın hücumunu gözlədiyini yazmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »