Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın xarici işlər naziri Lavrov iranlı həmkarı Abdullahianla telefonla danışıb
Rusiyanın xarici işlər naziri Lavrov iranlı həmkarı Abdullahianla telefonla danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, İran tərəfinin təşəbbüsü ilə Lavrov və Abdullahiyan arasında telefon danışığı baş tutub. Görüşdə əsasən Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Görüşdə Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna aviazərbəsini sərt şəkildə pislədiyini bildirib və toxunulmazlığı Vyana Konvensiyasında təmin edilən diplomatik binalara hər hansı hücumun siyasi baxımdan qəti şəkildə qəbuledilməz olduğunu bildirib, bunu bir cinayətlər olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflərin beynəlxalq, eləcə də regional gündəlikdəki aktual məsələlər üzrə koordinasiyanı yüksək səviyyədə saxlamaqda maraqlı olduqlarını və qarşılıqlı əzmkarlıqları bir daha vurğulayıblar.

Tərəflər həmçinin ticari-iqtisadi əlaqələrin, eləcə də siyasi-diplomatik əməkdaşlığın, o cümlədən tranzit daşıma və logistika sahələrində davamlı şəkildə genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »