Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev aprelin 15-də Ermənistana səfər edəcək
Tokayev aprelin 15-də Ermənistana səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Ermənistana səfər edəcək və burada respublika rəhbərliyi ilə danışıqlar aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayev aprelin 15-də Ermənistan Respublikasına bir günlük rəsmi səfər edəcək, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqlar aparacaq”, - deyə mesajda qeyd edilir.

Səfər proqramını başa vuran Tokayev İrəvandan Qazaxıstanın daşqın zonasında yerləşən rayonlarından birinə uçacaq.

Baş nazirin müavini - Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 18-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlarda ikitərəfli siyasi dialoqun yüksək səviyyəsini qeyd edib və erməni tərəfini Astananın sübut olunmuş tərəfdaşı adlandırıb.

Martın 11-12-də Tokayev Azərbaycanda dövlət səfərində olub, səfər zamanı prezident İlham Əliyevlə iqtisadi, mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə danışıqlar aparıb. Əliyev və Tokayev 2020-ci ildə Qarabağda 44 günlük maharibə nəticəsində  Azərbaycan 30 ildən artıq  davam edən işğaldan azad etdiyi Şuşa şəhərində olublar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »