Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken misirli həmkarı ilə İran ətrafında vəziyyətin gərginləşməsi təhlükəsini müzakirə edib
Blinken misirli həmkarı ilə İran ətrafında vəziyyətin gərginləşməsi təhlükəsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Misirin xarici işlər naziri Sameh Şukri ilə İsrailin Dəməşqdəki konsulluğa hücumuna İranın mümkün cavabı ilə bağlı vəziyyəti müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

“Dövlət katibi və xarici işlər naziri regional sabitliyin möhkəmləndirilməsi üçün çoxtərəfli səyləri müzakirə ediblər.

Dövlət katibi Blinken vurğulayıb ki, İran tərəfindən eskalasiya regionda heç kimə xeyir verməyəcək”, - deyə mesajda qeyd edilir.

Tərəflər həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılmasının artırılması, anklavın mülki əhalisinin müdafiəsi, girovların azad edilməsi və atəşkəs razılaşmalarının əldə edilməsi istiqamətində davam edən səyləri müzakirə ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »