Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan etiraf edib: Azərbaycan zabitinin yaralanmasında erməni sərhədçiləri günahkardır
Ermənistan etiraf edib: Azərbaycan zabitinin yaralanmasında erməni sərhədçiləri günahkardır

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan sərhədçiləri tərəfindən Azərbaycanla sərhəddə yerləşən Sünik rayonunun Nerkin Xndzoresk kəndi yaxınlığında atışma ilə nəticələnən bir sıra hərbi xidmət qaydalarını aşkar şəkildə pozması barədə cinayət işinin başlandığını elan edib.

Bizimyol.info xəbər verir ki, ermənistan mətbuatının verdiyi məlumata görə, MTX hadisə nəticəsində Azərbaycan sərhədçinin yaralandığını etiraf edib.

Milli Təhlükəsizlik Xidmətinin qeyd edib ki, aprelin 10-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu bir çobanın azaraq sürüləri ilə Azərbaycan ərazisinə keçdiyini öyrənərək həmkarları ilə birlikdə sərhədi icazəsiz keçərək mal-qaranı geri qayıtmaq qərarına gəlib, bununla da onlar xidmət qaydalarını pozaraq, ehtiyatsızlıqdan xeyli miqdarda ziyan vuraraq atışmaya səbəb olmuş, insanların həyat və sağlamlığına təhlükə törədiblər.

“Hadisə nəticəsində Azərbaycan sərhəd xidmətinin zabiti yaralanıb. Baş verənlərdən təəssüfləndiyini bildirən MTX Sərhəd Xidmətinin hərbi qulluqçularının xidmət qaydalarına ciddi əməl etmələri və belə halların aradan qaldırılması üçün tədbirlər görüb”, - deyə Xidmətin məlumatında qeyd edilib.

"Daxili araşdırmanın nəticələri ilə bağlı İstintaq Komitəsinə müvafiq müraciət göndərilib, faktla bağlı cinayət işi başlanıb, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün araşdırma aparılır. Xatırladaq ki, aprelin 10-da Azərbaycan tərəfi Ermənistan tərəfinin atəşə tutulması nəticəsində baş leytenant Rövşən Məmmədovun yaralandığını bildirmişdi", - deyə qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »