Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Orta Dəhlizə nəzarət etmək, "pay" almaq istəyən Qərb, Ermənistanı tarixi "fürsət"ə "qurban" verir"
"Orta Dəhlizə nəzarət etmək, "pay" almaq istəyən Qərb, Ermənistanı tarixi "fürsət"ə "qurban" verir"

"Dünyada siyasət, beynəlxalq münasibətlər enerji resurslarının və ticarət yollarının ələ keçirilməsi uğrunda gedir. Azərbaycan torpaqlarını işğaldan azad etməklə yeni və böyük bir ticarət yolunun açılması imkanını yaratdı. Eyni zamanda beynəlxalq güclərin, regionda maraqlı olan qüvvələrin bizə təsirini aradan qaldırmaq da mümkün oldu. Bu gün Azərbaycan regionda siyasi, iqtisadi, hüquqi və hərbi güc sahibidir. Regionla bağlı şərtləri, prinsipləri Azərbaycan müəyyən edir və diktə edir".

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb. Politoloq qeyd edib ki, Azərbaycan elan edir ki, "istər qəbul edin, istər etməyin kimsə bizlə təhdid, şantaj dilində danışa bilməz. Biz yeni ticarət yolunun açılmasına çalışırıq. Zəngəzurdan olarsa daha yaxşı, olmasa da İran vasitəsilə və ya Gürcüstan yolunu genişləndirməklə buna nail olacağıq". Bunu qəbul edə bilmirlər. Birdən birə regionla bağlı nə qədər fərqli siyasi vəziyyət formalaşdıra bildik.

Yalçın Hacızadə Yalçın Hacızadə

“2020-ci ilə qədər bəzi ölkələrin, beynəlxalq təşkilatların qarşısında çığırırdıq, haqlı olduğumuzu onlara göstərməyə çalışırdıq. Amma onlar kor, lal və kar idilər. Görüşlər keçirilirdi. Sonra açıqlama olurdu ki, "bu, irəliyə atılmış addımdır və məsələ ancaq sülh yolu ilə həll olunmalıdır, münaqişənin müharibə variantı yoxdur, olarsa ağır nəticələri ola bilər". Yəni bizi təhdid də edirdilər. İndi həmin qüvvələr işğal məsələsini güc yolu ilə həll etməyimizi qəbul edə bilmirlər”-deyə Yalçın Hacızadə əlavə edib.

Politoloq bildirib ki, ölkəmiz sabitlik istəyir, regionda təmin etdiyi sülhün bərqərar olmasında maraqlıdır. Regionun coğrafi mövqeyinin verdiyi üstünlüklərdən birgə istifadə də, faydalanmaqda maraqlıdır. Qərbin bura gəlişi bu maraqlara qarşıdır. Azərbaycan çox vacib dəhlizin, Orta dəhlizin önəmli ölkəsidir. Uzaq şərqin, Orta Asiyanın Avropaya çıxış qapısı, həmin regionlara da giriş qapısıdır. Demək olar ki, digər Şimal, Cənub, Qırmızı dəniz – Aralıq dənizi keçidləri qərbin siyasəti nəticəsində ya tam bağlanıb ya da təhlükəli vəziyyətə düşüb. Yəni geniş, şaxəli və təhlükəsiz Orta dəhliz qalıb.

Yalçın Hacızadə qeyd edib ki, "bu gün Azərbaycan Ermənistana bunu təklif edir və 30 il bundan əvvəl də bu təklif edilmişdi. O zaman Ermənistan torpaqlarımızı işğalda saxlamağı seçdi, iqtisadi inteqrasiyanı yox. Gürcüstan Ermənistanın əksinə, tarixi fürsətdən faydalandı. Ermənistan bu gün də yenidən və yeni yaranmış tarixi fürsəti qaçırmaq istiqamətində siyasət aparır. Qərb də regiona buna görə gəlir. Orta dəhlizə nəzarət etmək və pay almaq üçün. Azərbaycan müstəqil siyasətini davam etdirsə, yenidən münaqişəni yaratmaqla bloklaya bilsin deyə çalışan Qərb, regionda böyük inkişaf "xətt"inin izinə düşüb. Bunun da arxasında Amerika dayanır. Avropa İttifaqından da istifadə edir".

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »