Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır
UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün keçiriləcək oyunlarla UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Bizimyol.info "trtspor"a istinadən xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində ən mühüm təşkilatı olan Çempionlar Liqasında 1/4 finalın ilk oyunları bu gün və 10 aprel çərşənbə günü, cavab qarşılaşmaları isə 16-17 aprel tarixlərində oynanılacaq.

30 aprel-1 may və 7-8 may tarixlərində yarımfinalların keçiriləcəyi “Nəhənglər Liqası”nda final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

1/4 finalda bütün qarşılaşmaların bakı vaxtı ilə saat 23.00-da başlayacaq təqvimi belədir:

Bu gün, 9 aprel:

"Arsenal" (İngiltərə) - "Bayern Münhen" (Almaniya)

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Çərşənbə, 10 aprel:

"Atletico Madrid" (İspaniya) - "Borussia Dortmund" (Almaniya)

"Paris Saint-Germain" (Fransa) - "Barselona" (İspaniya)

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »