Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Tatar BMT baş katibinə Kiprdə iki tərəf arasında ortaq nöqtənin olmadığını deyib
Prezident Tatar BMT baş katibinə Kiprdə iki tərəf arasında ortaq nöqtənin olmadığını deyib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Yunan tərəfinin “Kıbrısda yeni danışıqlar prosesinin olacağı” anlayışını yaratdığını və adada iki tərəf arasında ortaq nöqtənin olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, ŞKTC prezidenti Tatar ABŞ səfərindən qayıdarkən Ercan hava limanında mətbuat konfransı keçirib.

Yunan tərəfinin “Kiprdə yeni danışıqlar prosesi olacaq” anlayışını yaratdığını ifadə edən Tatar ABŞ ilə təmasları ilə bu təsəvvürə son qoyduqlarını bildirib. Tatar xatırladıb ki, BMT baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguin Kuellar, Kiprdə tərəflər arasında ortaq nöqtənin olub-olmadığını araşdırmaq üçün çalışır.

BMT-nin baş katibi Antonio Quterreşə adada iki tərəf arasında ortaq nöqtə olmadığını şəxsən söylədiyini bildirən Tatar, ŞKTC-nin suveren bərabərliyini və bərabər beynəlxalq statusunu təsdiqləmə siyasətini görüşdüyü bütün rəsmilərə izah etdiyini vurğulayıb.

Tatar: “Bildirik ki, embarqoların və təcridlərin davam etdiyi bir vaxtda bizə təzyiq edəcəklərini, danışıqlar masasına oturdacaqlarını düşünürlərsə, bu yanlış olar, bunu qəbul etməyəcəyik, yeni siyasət yürüdürük və bu siyasət olduqca aydındır”, - deyib.

Quterreşin Kipr türk tərəfinin münasibətinə hörmət etdiyini və heç bir prosesin güclə başlaya bilməyəcəyini ifadə edən Tatar, həmsöhbətlərinə Kipr türklərinin əldə etdikləri hüquqların qəbulu ilə danışıqlarda yalnız bir nöqtəyə gəlinə biləcəyinə diqqət çəkib. Tatar, Kiprdə bir razılaşma olacağı təqdirdə bunun ŞKTC-nin tanınması yolu ilə olacağını, hüquqlarından heç vaxt güzəştə getməyəcəklərini və "suveren bərabərlik, eləcə də bərabər beynəlxalq status" siyasətindən geri addım atmayacaqlarını vurğuladığını deyib.

Prezident Tatar aprelin 5-də ABŞ-a başlayan səfəri çərçivəsində BMT-nin baş katibi Quterreş, ABŞ Dövlət Departamentinin rəsmiləri, beyin mərkəzləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »