Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İnqilabı Keşikçiləri Korpusu: "İsrailə peşman olacaqları bir cavab verəcəyik"
İran İnqilabı Keşikçiləri Korpusu: "İsrailə peşman olacaqları bir cavab verəcəyik"

İran İnqilab Keşikçiləri Korpusu İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına endirdiyi və 2-si general olmaqla 7 iranlı hərbçinin həyatını itirdiyi hava hücumuna "peşiman olacaqları" cavab verəcəyini təkrarlayıb.

Bizimyol.info "trthabrt"ə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada: "Sizi əmin edirik ki, sionist rejim və onun havadarlarının Dəməşqdə qorxaq terror cinayətini törətdiklərinə görə peşman olacaq şəkildə cəzalandırılması ilə bağlı milli tələbi yerinə yetirməkdə qərarlıyıq", - deyə qeyd edilib.

Bəyanatda deyilir: “İran xalqının günahkar sionist düşmənin peşiman olacaqları qədər cəzalandırılması tələbi, inşallah, reallaşacaq”.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran hücuma tez cavab verəcəyini açıqlayıb və hadisəyə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib. İran Suriyadakı hücumdan sonra aprelin 2-də ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ABŞ-a mesaj çatdırdığını açıqlayıb.

İran mətbuatında iddia edilib ki, Tehran rəhbərliyi İsveçrə vasitəsilə ABŞ-ı “İsrail hədəflərini vuracaq”ları barədə məlumatlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »