Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız siyasətçi: "Parislə Moskva arasında toqquşma respublikanı məhv edəcək"
Fransız siyasətçi: "Parislə Moskva arasında toqquşma respublikanı məhv edəcək"

Fransa və Rusiya arasında birbaşa toqquşma respublikanı məhv edəcək; Paris Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını axtarmalıdır.

Bizimyol.info xəbər verir ki, bu fikri solçu “İtaətsiz Fransa” partiyasının yaradıcısı Jan-Lyuk Melenşon "X" sosial şəbəkəsindəki fəhifəsində yazıb.

“Rusiya ilə müharibə bizim tamamilə məhvimizə səbəb ola bilər. Bizim vəzifəmiz sülhlə bağlı dialoq üçün vasitələr axtarmaqdır ki, bu da olduqca mümkündür”, - deyə o qeyd edib.

Melenşon xatırladıb ki, Fransanın müttəfiqləri Parisin Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı arqumentlərini dəstəkləməyiblər.

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

Konfransdan sonra əksər iştirakçı ölkələrin nümayəndələri Ukraynaya hərbi personal göndərməyi planlaşdırmadıqlarını bildiriblər. Lakin son günlər bəzi dövlətlər Makronun çağırışını haqlı hesab etməyə, Rusiyanın məğlub olmasından başqa çarə olmadığı barədə fikir səsləndirməyə başlayıblar. Avropa dövlətlərinin əksəriyyəti Putinin bu münaqişəni qitəyə yaymaqda maraqlı olduğu qənaətindədirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »