Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Botsvana Prezidenti Almaniyanı 20 min fil göndərəcəyi ilə hədələyib
Botsvana Prezidenti Almaniyanı 20 min fil göndərəcəyi ilə hədələyib

Dünyanın ən çox fil sayına malik ölkəsi Botsvananın prezidenti Mokgveetsi Masinin açıqlamaları dünya gündəminin zirvəsinə daxil olub.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamada Masisi, Berlinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışının qadağan edilməsi təşəbbüsünü rəsmən tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada fil populyasiyasının partlayış yaşadığını vurğulayan Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu qeyd edib.

Masisi ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu vurğulayaraq: “Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir bildirmək çox asandır. Almanlar sizin bizə deməyə çalışdığınız şəkildə heyvanlarla birgə yaşamasalar bizim problemlərimizi anlamayacaq, əlbəttə sizin tərəfinizdə olacaqlar. Onlar bu nəhəng vəhşilərlə eyni ərazidə yaşamağın çətinliklərini bilmirlər”, - deyib

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil göndərdiyini xatırladan Masisi, filləri Almaniyaya da göndərəcəyi ilə hədələyib.

"New York Post" qəzetində yer alan xəbərə görə Masisi, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə Almaniyaya 20 min fil göndərə biləcəklərini bildirib. Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Dünya fil əhalisinin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Sözügedən qadağa 2019-cu ildə fillərin sayının artmasının ardından ictimaiyyətin reaksiyalarından sonra aradan qaldırılıb.

Almaniyanın ətraf mühit nazirliyinin Berlindəki sözçüsü AFP-yə bildirib ki, Botsvana bu tədbirlə bağlı alman rəsmiləri ilə bağlı narahatlıqlarını bildirməyib. "Biomüxtəlifliyin qorxulu itkisi fonunda, ov məhsullarının idxalının davamlı və qanuni olmasını təmin etmək üçün hər şeyi etməyə xüsusi məsuliyyətimiz var", -deyə sözçü qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »