Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!
Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

Lider mobil operatordan dəyərli hədiyyələr qazanmaq imkanı!

Azercell-in Instagram səhifəsində izləyici sayı 200 000-i ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub.

Ümumilikdə Azercell-in Facebook, X, Instagram, LinkedIn  və YouTube platformalarında istifadəçi sayı 1 milyonu ötür.  Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən  ilk mobil operator olaraq Azercell bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan  sualları operativ şəkildə cavablandırır.

Həmçinin şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Qeyd edək ki, aprel ayının 2-dən etibarən Azercell Instagram platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə 8 aprel 14:00-dək davam edəcək.

Azercell-i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

X: https://twitter.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell/

Threads: https://www.threads.net/@azercell

TikTok: https://www.tiktok.com/@azercell_official

Son xəbərlər
Bütün xəbərlər »