Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan zəlzələ ilə bağlı Çinin yardım göstərmək təklifindən imtina edib
Tayvan zəlzələ ilə bağlı Çinin yardım göstərmək təklifindən imtina edib

Tayvan səlahiyyətliləri yardım təklifinə görə materik Çinə təşəkkür ediblər, lakin buna ehtiyac görmədiklərini bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Tayvan materik məsələləri üzrə komitənin bəyanatında deyilir.

Tayvanın "Lianhe Xinwenwan" portalı departament nümayəndəsinə istinadən məlumat verib. Məlumat verən rəsmi şəxs: "Bu səhər Hualien qraflığının sahillərində baş verən zəlzələ ilə əlaqədar olaraq, materik Çinin Tayvan İşləri İdarəsinin narahatlığını və başsağlığı verdiyini nəzərə aldıq", - deyə qeyd edib.

"Komitə materik Çinin diqqətinə görə minnətdarlığını bildirir və qeyd edir ki, bu zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur", - deyə məlumatda qeyd edilir.

Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenqlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »